Smilecard-dan əlavə fürsətlər
12:00 / 16.09.2019
972
Dünyanın istənilən ölkəsində keçərli olan, Expressabank-ın əfsanəvi taksit
kartı Smilecard müştərilər üçün təklif etdiyi yenilikləri ilə hər zaman fərqlənir. Son
dövrdə ətrafına topladığı tərəfdaş şəbəkəsi ilə karta olan tələbatı artıran
Smilecard bu mağazalarda alış- veriş imkanlarını rahatlaşdırıb. Belə ki, müştərilər
tərəfdaş mağazalardan istədikləri məhsulu nağd qiymətə əldə edib daha sonra
əlavə heç bir komissiya və faiz ödəmədən müvafiq aylara bölərək hissə- hissə
banka geri ödəmə imkanını əldə edir. (Smilecard-ın artan tərəfdaş siyahısı ilə tanış
olmaq üçün linkə keçid ala bilərsiniz
//www.expressbank.az/cards/smilecard ). Tərəfdaş olmayan mağazalarda
isə bu kart vasitəsi ilə alış- veriş zamanı 30% -dək cashback qazanmaq
mümkündür.
"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" şüarı ilə təqdim olunan kart
pulsuzdur. Adi şərtlərlə Smilecard-la tərəfdaş olmayan mağazalarda alış -veriş
zamanı xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və bank
komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir. İlik faiz dərəcəsi isə 0%- dir.
Həmçinin ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadəsi
imkanı da var.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və
xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank
xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,
www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə
daxil olaraq əldə edə bilərsiniz.