No Image
No Image

Smart üzüklər gələn həftə satışa çıxarılacaq

Smart üzüklər gələn həftə satışa çıxarılacaq
 

Azərbaycan Beynəlxalq Bankının tətbiq etdiyi innovativ yeniliklərdən biri olan Ring Pay üzükləri uzun müddətdir müzakirə mövzusudur. Üzüklərin satışa çıxarılacağı tarix isə çoxlarına maraqlıdır.

Ring Pay üzükləri gələn həftə satışa çıxarılacaq. Bu barədə Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli məlumat verib.

Üzüyün qiymətinin «Platinum» kartla 300 AZN, «İnfinite» kartla isə 600 AZN olması nəzərdə tutulub. Ring Pay  ödəniş üzüyünü yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən filial və ya şöbəsindən əldə etmək mümkün olacaq.

Qeyd edək ki, üzük vasitəsilə nağdsız ödənişləri təmassız qaydada həyata keçirmək mümkündür. Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.
Üzüklər bütün ölçülərdə olacaq, rəngləri isə ağ-qaradır. (ted.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bolkart-dan Ramazana özəl hədiyyəli kampaniyalar!

Bank of Baku, müqəddəs və bərəkətli Ramazan ayının sevincini yaşayan Bolkart müştərilərini daha da sevindirəcək hədiyyəli kampaniyalara start verir. Belə ki, 0...

Azərbaycan Beynəlxalq Bankı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə əməkdaşlığa başladı - FOTOLAR

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında me...

Data yarışmasında ilk 3 yerdən 2-nin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri oldu

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkil etdiyi "Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində keçirilmiş data yarışmasının q...

Unibank birinci rübü mənfəətlə başa vurub

"Unibank” KB ASC 2021-ci ilin 1-ci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank rübü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub.   Sfera.az-ın ...

Səudiyyə Ərəbistanı ilə yerli KOB-lar arasında maliyyə xətti açıldı - FOTO

Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiş...

Ən çox hansı pul nişanlarından istifadə olunur? - FOTOLAR

2020-ci ildə Azərbaycanın nağd pul tədavülü 11 milyard 827,7 milyon manat təşkil edib. Sfera.az-ın Mərkəzi Bank-a istinadən verdiyi məlumata əsasən, kağız...