Sloveniyada dövlət televiziyasının binasına hücum edildi

Sloveniyada dövlət televiziyasının binasına hücum edildi
Sloveniyanın paytaxtı Lyublyana şəhərində koronavirus inkarçılarından ibarət bir qrup Sloveniya Radioteleviziyasının (RTVS) qarşısında keçirilən nümayiş zamanı dövlət televiziyasının binasına daxil ola biliblər.

Sfera.az xəbər verir ki, etirazçılar dövlət televiziyasının rəsmilərindən onların ölkədə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə dair mövqelərinin efirdə işıqlandırılmasını tələb ediblər. Polisin müdaxiləsindən sonra etirazçılardan 20 nəfər saxlanılıb, televiziya binasının mühafizəsi gücləndirilib.

RTVS televiziyasının intendantı Andrey Vatmou baş vermiş hadisəni mətbuata hücum kimi dəyərləndirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini elan edib. Sloveniya Jurnalistlər Birliyi isə bu hücumu ölkədəki media, jurnalistika və demokratiyaya hücum kimi qiymətləndirib.

Qeyd edilməlidir ki, koronavirus inkarçıları aylardan bəri Lyublyana və digər şəhərlərdə etirazlar təşkil edirlər və ddövlət televiziyasının qarşısı onların ən çox toplaşdıqları məkanlardan biridir. Keçmiş zabit, 1991-ci il müstəqillik müharibəsinin veteranı Ladislav Trohanın başçılıq etdiyi qrupun efirə çıxmaq üçün cəhdlərinin məğzi koronavirus pandemiyasının guya mövcud olmadığına dair öz tezislərini ölkə əhalisinə çatdırmaqdır.

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRUAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...