Slovakiyanın Azərbaycanda səfirliyi açıldı

Slovakiyanın Azərbaycanda səfirliyi açıldı
 

Bu gün Bakıda Slovakiya Səfirliyinin açılışı mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak iştirak edib.

Daha əvvəl M.Layçak  müsahibəsində bildirmişdi ki, səfirliyin açılması Slovakiya üçün Azərbaycanla ticarət əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə biznes missiyalar təşkil etmək imkanlarını artıracaq:

"Biz işgüzar əlaqələri əməkdaşlıqların başlanması üçün ən yaxşı vasitə hesab edirik. Bu fikir işgüzar insanlar, baş nazir Peter Pellerqrinin rəhbərliyi altında Azərbaycana səfər etmiş nümayəndə heyətinin üzvləri də bölüşüb”. (Trend)


OXŞAR XƏBƏRLƏR