“Sizin ananızı” deyib pulemyotu işə saldı – Beriya Stalinin yanına şikayətə getsə də...

“Sizin ananızı” deyib pulemyotu işə saldı – Beriya Stalinin yanına şikayətə getsə də...
O, SSRİ-də marşal rütbəsi daşıyanlar arasında dəlisovluğu, çevikliyi, sözü açıq deməyi, siyasətə müdaxilə etməməyi ilə fərqlənib. Stalinə birbaşa İosif deyə müraciət edən Semyon Budyonnı həm də son dərəcə zarafatcıl, güclü yumor hissinə malik bir şəxs olub.

Sfera.az növbəti yazısında marşal Semyon Budyonnının həyat hekayəsini təqdim edir.


Qeyd edək ki, SSRİ-də 1935-ci ildə Sovet İttifaqı Marşalı rütbəsi təsis ediləndə Budyonnı bu ali hərbi rütbəni alan ilk beş nəfərdən biri olub və o, bu rütbənin şərəfini ömrünün sonuna qədər əsl hərbçi kimi qorumağı bacarıb.

Semyon Budyonnı 1883-cü ildə Rostovda yoxsul  kəndli ailəsində anadan olub. Natamam orta təhsil alıb. 1903-cü ildə orduya çağrılıb. Uzaq Şərqdə xidmət edən Budyonnı rus-yapon müharibəsinin iştirakçısı olub. O, orduda atçılıq idmanının əsasını qoyub və bununla da atlı ordusunu yaratmağa nail olub.
 
Budyonnı vətəndaş müharibəsində birləşmiş kavaleriyaya rəhbərlik edib. Marşal yüksək hərbi dairələrdə atçılıq qvardiyasının təşkili ilə bağlı daha çox iş görməyə çağırışlar edib. Sonralar məlum olub ki, o, bu çağırışlarında haqlı olub. Belə ki, sovet-alman müharibəsində Moskvanın müdafiəsində 45 dərəcə şaxtada texnika sıradan çıxanda atlardan istifadə ordunu xilas edib.



Semyon Budyonnı Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra ehtiyat korpusun komadanı, Şimali Qafqaz ordusunun komandiri, Silahlı Qüvvələrin süvari qoşunlarının komandanı və 1940-cı ildə müdafiə komissarının (müdafiə nazirinin) müavini kimi yüksək vəzifələrdə xidmət edib. Onun başçılıq etdiyi hərbi əməliyyatlar həmişə uğurla nəticələnib. Maraqlı faktlardan biri də odur ki, Budyonnı daşıdığı hərbi vəzifələrlə yanaşı 1947-1953-cü illərdə eyni zamanda SSRİ kənd təsərrüfatı nazirinin atçılıq təsərrüfatı üzrə müavini vəzifəsində də işləyib.

Marşalın həyatı maraqlı hadisələrlə zəngin olub. Siyasi və hərbi elitanın rəsmi və qeyri-rəsmi görüşlərində Budyonnı heç vaxt siyasi məsələlərə müdaxilə etməyib. Amma sırf özünə aid olan məsələlərdə haqsız söz eşidəndə fikrini sərt ifadə edib. Ümumiyyətlə, yüksəkçinlilər Budyonnı ilə mübahisəyə girişməməyə çalışıblar. Stalinlə son dərəcə yaxınlığı, hətta Stalinin iştirak etdiyi tədbirlərdə ötkəmli olmağı bir çox Kreml məmurlarını qıcıqlandırıb. Xüsusilə Lavrenti Beriya marşalı sıradan çıxarmaq, Stalinin gözündən salmaq üçün bütün mümkün variantlardan istifadə edib. Amma "NKVD” başçısının bu cəhdləri boşa çıxıb. Bu cəhdlərin sonuncusunda isə Stalin Budoynnı haqqında konkret fikrini bildirib. Belə ki, Budyonnı iclasların birində Beriyanın repressiyya tədbirlərini sərt tənqid edəndə, Beriya qərara gəlib ki, marşalı həbs etsin. Həmin günün gecəsi Budyonnının yaşadığı evin qarşısına bir neçə qara rəngli maşın gəlib. Marşal çağrılmamış qonaqların kim olduğunu dərhal anlayıb.



Budyonnı "qonaq”ları nə duz-çörəklə, nə də tapança-tüfənglə yox, pəncərəyə qoyduğu pulemyotla qarşılayıb. Salam-kəlamsız, "sizin ananızı” deyə silahı işə salmaq istəyəndə "qonaq”lar tez-tələsik gəldikləri maşınlara doluşub dəlisov marşalın həyətini tərk ediblər. Səhərisi gün Beriya vəziyyəti olduğu kimi Stalinə məruzə edib. Stalin Budyonnıya zəng vurmaq qərarına gəlib:

- Əhsən, Semyon, əhsən sənə. Sən əsl marşal kimi hərəkət etmisən.

- İosif, əks-inqilabın qarşısını yalnız belə almaq olardı.

Bu hadisədən sonra Stalin "NKVD” rəhbərliyinə göstəriş verib: "Bu dəlisovdan heç kimə ziyan gəlməz, marşalı bir daha narahat etməyin”.



Budyonnı əyləncələrə, məclislərə, xüsusilə də qadınlara meylli bir şəxs olub. O, yaxşı tost deməyi, məclis idarə etməyi bacarıb və asudə vaxtlarını məhz əyləncələrə sərf edib. Bu xüsusiyyəti onun şəxsi həyatında da özünü göstərib.

Budyonnı birinci dəfə 1903-cü ildə qonşu kənddən olan Nadejda İvanova ilə ailə həyatı qurub. Nadejda vətəndaş müharibəsində tibb məntəqələrinin ləvazimatlarla təminat məsələsi ilə məşğul olub. O, 1925-ci ildə silahdan ehtiyatsız davrandığı zaman aldığı güllə yarasından ölüb. Amma bu hadisə ilə bağlı digər bir versiya da var. Bu versiyaya görə Budyonnı sərxoş vəziyyətdə yaşadığı evə məşuqəsini dəvət edib. Bu dəvətdən sonra marşalla həyat yoldaşı arasında mübahisə düşüb, qəzəblənən Budyonnı Nadejdanı güllələyib.

Marşal şəxsi həyatını qurmaq məsələsini çox da ləngitməyib. Nadejdanın vəfatından cəmisi iki gün sonra özündən 20 yaş kiçik olan opera müğənnisi Olqa Mixaylova ilə ailə həyatı qurub. Bu xanım həmin dövrdə əcnəbi vətəndaşlarla eşq macəraları yaşayan bir qadın kimi məşhur olub. Araşdırmaçıların qənaətinə görə Olqa Mixaylova xarici ölkələrin kəşfiyyatına da işləyib. "NKVD”-nin nəzarətində olan müğənni 1937-ci ildə həbs edilərək sürgünə göndərilib.

 
Həyat yoldaşının həbsdən azad olunmasına görə Budyonnı Stalindən heç nə xahiş etməyib və yaxın ətrafına zarafatla bildirib ki, şəxsi həyatında yenilmənin vaxtı çatıb.  Bu yenilənməni isə onun üçün ikinci qayınanası təşkil edib. Onun təşəbbüsü ilə marşal həbs olunan həyat yoldaşının xalası qızı ilə evlənib. Aralarında 30 yaş fərqi olsa da üçüncü nikah uzunömürlü və çoxuşaqlı olub. Cütlüyün dünyaya üç övladı gəlib. 1956-cı ildə Budyonnı ikinci həyat yoldaşını həbsdən azad etdirib. Marşal onu da öz evində saxlayıb. Xalaqızılar Budyonnıya sidq ürəkdən xidmət edərək ona heç bir problem yaratmayıblar.

Uşaqlıq illərindəki yoxsulluq, ağır müharibə illəri, gərgin iş rejimi Budyonnının səhhətinə mənfi təsir göstərə bilməyib. Marşal ömrünün son illərinə qədər gümrah və sağlam görünüb. Hətta öz sağlamlığı ilə ətrafındakıları təəccübləndirə də bilib. 48 yaşında paraşütdən tullanan, 50 yaşında üçüncü dəfə ata olan, 84 yaşında jurnalistləri at belində qarşılayan marşal 1973-cü ildə 91 yaşında vəfat edib.
 
İlham Cəmiloğlu
Sfera.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbayca...

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi MÜZAKİRƏ OLUNDU

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexa...

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin de...

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.   Bu barədə Sfera.az-a ...

Prezident ADA Universitetində forumda iştirak edir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.   Sfera.az xəbər verir ki...