"Sizə gözləmədiyiniz yerdə zərbə endirəcəyik" - Süleymani Trampı belə hədələmişdi, əksinə oldu
12:23 / 04.01.2020
2740
ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdad aeroportu ərazisində avtomobil kolonuna endirilən raket zərbəsi nəticəsində həyatını itirən İran generalı Qasım Süleymani haqda maraqlı məlumatlar bir-birini əvəz edir.
Sfera.az mövzunun aktuallığını və oxucular tərəfinmdən maraqla qarşılanacağını nəzərə alaraq Süleymani ilə bağlı çoxlarına bəlli olmayan daha bir detalı açıqlayır.
Belə ki, il yarım əvvəl Süleymani prezident Trampa ünvanlı video-müraciət yaymışdı. Bu müraciətdə kamuflyaj geyinmiş general deyir: "Siz qumarbazsız. Amma mən xəbərdarlıq edirəm: biz sizə gözləmədiyiniz yerdə zərbə endirəcəyik. Siz müharibə başladacaqsız, amma biz onu bitirəcəyik”.
Lakin görünən odur ki, Qasım Süleymani öz təhdidini həyata keçirməyə macal tapmadı və elə təhdid etdiyi ABŞ prezidenti tərəfindən qətlə yetirildi.