“Siz döyün, babalı tərcüməçinin boynuna”- Rəşad Ergün

“Siz döyün, babalı tərcüməçinin boynuna”- Rəşad Ergün
 

Sfera.az xəbər verir ki, son günlər cəmiyyətdə və dövri mətbuatda ən çox müzakirə olunan məlum olayın fonunda idman jurnalisti Rəşad Ergün özünün sosial şəbəkə hesabında "Siz döyün, babalı tərcüməçinin boynuna))” şərhi ilə ironik bir status paylaşıb.

Sözügerdən statusda deyilir:

"Quran”ın "Nisa” surəsinin 34-cü ayəsində yazılır ki, "kişilər qadınlar üzərində ixtiyar sahibidirlər”. Sonra yazılır: "Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yatağınızı onlardan ayırın və onları döyün. Sizə itaət etdikdə isə onlara əziyyət vermək üçün daha başqa yol axtarmayın”

Statusun davamında bu ayə şərh olunur:

"Yəni, ey möminlər, qadınlarınızı istədiyiniz qədər döyə bilərsiniz, müqəddəs kitabınızda buna ok verilib)). Hərçənd, indi bir neçə dinşünas iddia edir ki,  "Quran"ın bu surəsi dilimizə yanlış tərcümə olunub, Allah şiddətə qarşıdır, siz yenə də hər ehtimala qarşı döyün, babalı tərcüməçinin boynuna))) O biri dünyada sizi bu əməlinizə görə şallaqlasalar, deyərsiniz ki, "Quran" nəyi buyurubsa, ona da əməl etmişik”.


OXŞAR XƏBƏRLƏR