Siyəzəndə şirkət mühasibinə hücum - 10 min aparıldı

Siyəzəndə şirkət mühasibinə hücum -  10 min aparıldı

Siyəzən rayonu ərazisində qarət baş verib. Rayonda yerləşən mebel mərkəzlərindən birinin mühasibinə soyuq silahla xəsarət yetirilərək şirkətə məxsus pul aparılıb. 

Sfera.az-ın ans press-ə istinadən məlumatına görə, mebel şirkətinin mühasibi Samir Cəlalov Xaçmaz rayonuna gedərkən yolda avtomobilinin təkəri partlayıb. Təkəri dəyişən zaman naməlum şəxslər tərəfindən mühasibin baş hissəsinə küt alətlə zərbə endirilib. 

Mühasib dərhal huşunu itirib. S.Cəlalovun huşunu itirdiyini görən qarətçilər onun “Mersedes” markalı avtomobilindən, ilkin ehtimallara görə, 10 min manat pul aparıblar. Bir müddət sonra özünə gələn şəxs dərhal Siyəzən rayon Polis İdarəsinin Zarat polis postuna müraciət edib. Xəsarət alan şəxsi dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə gətiriblər.

Mərkəzdən ans press-ə verilən məlumata görə, qapalı kəllə beyin travması alan şəxsə ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğu üçün onu Bakıya - Kliniki Tibbi Mərkəzə gətiriblər.

Hazırda cinayəti törədən şəxslərin axtarışları Siyəzən rayon Polis İdarəsində davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...