No Image

Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama

Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyada yeni vəzifəyə təyin olunub. Aydın Hüseynova YAP-da Təşkilat şöbəsinin müdiri vəzifəsi həvalə olunub.

Bu təyinatdan sonra sosial şəbəkələrdə deputat Siyavuş Novruzovun istefa verdiyi YAP icra katibinin müavini vəzifəsinin də Aydın Hüseynova tapşırıldığını iddia edənlər var.

Sfera.az xəbər verir ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev isə sözügedən iddiaların tamamilə əsassız olduğunu qeyd edib:

"Təşkilat şöbəsinin müdiri vəzifəsi tamam fərqli təyinatdır. Bu, icra katibinin müavini demək deyil. İcra katibinin müavini postu hələlik boşdur”.

H.Paşayev onu da qeyd edib ki, YAP İcra katibinin müavini vəzifəsinə partiya sədrinin təqdimatı , İdarə Heyətinin təsdiq etməsi ilə təyinat mümkün ola bilər:

"YAP sədri, cənab prezident İlham Əliyevin təqdimatı və partiya İdarə Heyətinin təsdiq etməsi ilə icra katibinin müavininin kimliyi müəyyənləşəcək. Belə bir addım atıldıqda, mütləq ictimaiyyətə də məlumat veriləcək”.

Xatırladaq ki, YAP icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzov idi. O, koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov partiyada tutduğu vəzifədən istefa verdi. Hazırda qeyd edildiyi kimi, hakim partiyada icra katibinin müavini postuna təyinat olmayıb. ///modern.az

OXŞAR XƏBƏRLƏR

“Hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib”

 "Mən neftçiləri qarşıdan gələn peşə bayramları münasibəti ilə təbrik etmək və onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda bö...

Prezident yerli telekanallara müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Sf...

BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi qaldırıldı

 Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb....

Natiq Cəfərli: O Azərbaycanda media və QHT sistemini bərbad hala salan adamlardandır

Əli Həsənov uzun illər Azərbaycanda media və qeyri-hökumət təşkilatlarında bərbad vəziyyətin yaranmasında rolu olan şəxslərdəndir Bu sözləri Sfera.az-a...

Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM

  Prezident İlham Əliyev "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” A...

İlham Əliyevdən yeni SƏRƏNCAM

  Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirl...