Siyavuş Novruzov sosial şəbəkələrdə yayılan açıqlamaya aydınlıq gətirdi

Siyavuş Novruzov sosial şəbəkələrdə yayılan açıqlamaya aydınlıq gətirdi
Sosial şəbəkələrdə Milli Məclisin deputatı YAP-çı Siyavuş Novruzovun çörəyin qiymətinin bahalaşması ilə bağlı dediyi fikirlər müzakirəyə səbəb olub. İddia edilir ki, deputat çörəyin insana lazım olmadığını, kökəltdiyini və onları əxlaqsız etdiyi barədə fikirlər səsləndirib. 

Sfera.az xəbər verir ki, S. Novruzov sosial şəbəkədə müzakirə edilən həmin fikirlərə aydınlıq gətirib. O bildirib ki,sosial şəbəkələrdəki bəzi səhifələrdə onun adımdan həqiqətə uyğun olmayan və  reallığı əks etdirməyən sözlər yayılır:

"İddia olunur ki, guya mən "benzin və çörək" barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm. 

Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.

Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, deputat onun adından yayılan bu açıqlamaya görə dünəndən sərt tənqid olunurdu.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...