Siyavuş Novruzov medallarını taxıb Fəxri Xiyabana getdi - Foto

Siyavuş Novruzov medallarını taxıb Fəxri Xiyabana getdi - Foto

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 2020-ci ilin fevralın 9-da ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində növbəti dəfə qalib gəlməsi münasibətilə ötən gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Sfera.az xəbər verir ki, ziyarəti haqda SƏS TV-yə açıqlama verən Siyavuş Novruzov deyib: "Ümumiyyətlə nəinki mən, bütün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə minnətdardır. Təbii ki, bizlər də Fəxri Xiyabana gələrək Ulu Öndərə öz minnətdarlığımızı bildiririk. Mən növbəti dəfə Naxçıvan Muxtar Respublikasından Milli Məclisə deputat seçilmişəm. Ziyarət etməkdə əsas məqsədim Ümummilli Liderdən xeyir-dua almaq və daha sonra öz fəaliyyətimlə məşğul olmaqdır.

Mənim həyatımda, fəaliyyətimdə ömrü boyu Heydər Əliyev həmişə böyük rol oynayıb. Təbii ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasəti və cənab Prezident İlham Əliyevin siyasəti davam edəcək. Seçicilər bizlərə Heydər Əliyev yoluna, siyasətinə görə səs veriblər. Mən Ümummilli Liderin hesabına səs qazanmışam. Ona görə də Heydər Əliyevin məzarını ziyarət etməmək mənim üçün qəbulolunmazdır. Mən hər bir xeyir işimdə Fəxri Xiyabana gələrək Ulu Öndərin xeyir-duasını alıram". (yeni sabah)

 

Siyavuş Novruzov medallarını taxıb Fəxri Xiyabana getdi - Foto


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...