Siyavuş Kərimi koronavirusa yoluxdu
Maqazin
10:47 / 12.04.2021
1241
Siyavuş Kərimi koronavirusa yoluxdu, dərslər dayandırıldı
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.
O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib:
"Hazırda səhhəti yaxşıdır, ev şəraitindəmüalicə alır”.
Pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında bu gündən əyani dərslər də dayandırılıb. Anar Bəylərov bildirib ki, müəllim və tələbələr arasında da koronavirus testi pozitiv çıxanlar var.