Siyavuş Aslanın oğlu televiziyada bu sözləri dedi – Proqramdan sonra Narkoloji Xəstəxanaya yerləşdirildi

Siyavuş Aslanın oğlu televiziyada bu sözləri dedi – Proqramdan sonra Narkoloji Xəstəxanaya yerləşdirildi
Xalq artisti, mərhum Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, aktyorun oğlu Çingiz Aslan bir neçə gün öncə "Elgizlə izlə” proqramının qonağı olub.

O, hazırda küçələrdə yaşadığını söyləyib:

"İndi küçələrdə yaşayıram. Üç il yaşadığım sığınacaqdan da məni atdılar. Atamın bizə qoyub getdiyi evləri satdım, qardaşım isə uzun müddətdir Moskvada yaşayır. Çox acınacaqlı bir vəziyyətdə yaşayıram. Həyat yoldaşımdan da ayrılmışam, bir qızım var. Bildiyim qədər o da Moskvada yaşayır. Onun üzünü 5 yaşında olanda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Adı Arzudur, o, məni çox axtarıb, ancaq tapa bilməyib. Hazırda ailəlidir, nəvələrim də var. İstəyərdim indi onu axtarım tapım. Ancaq elə bir imkanım yoxdur ” -deyə Ç.Aslan bildirib.
 
Qeyd edək ki, Çingiz Aslan proqramdan dərhal sonra, Respublika Narkoloji Mərkəzə yerləşdirilib. Onun uzun müddətdir pis vərdişlərinin olduğu bildirilir.
 
Jalə Mehdi
Sfera.az

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR