“Siyasi partiyalar kütlə ilə hökumət arasında dayanaqlı körpü yaratmalıdır”

“Siyasi partiyalar kütlə ilə hökumət arasında dayanaqlı körpü yaratmalıdır”
 

Azərbaycan Respublikasının Milli Məclisində (MM) təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə MM Sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.

"Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə bir sıra istiqamətlər üzrə müzakirələr aparılıb.

Sfera.az xəbər verir ki, Azərbaycan Kommunist Partiyasının rəhbəri Hacı Hacıyev bildirib ki, aparılan islahatların tərkib hissəsi olan Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə Prezident Administrasiyasının "Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr söbəsinin müdürü Ədalət Vəliyevin və Milli Məclisin sədri Sahibə Qafarovanın  videokonfrans görüşü əhəmiyyət kəsb edən tədbirdir:

"Siyasi partiyalar kütlə ilə hökumət arasında dayanaqlı körpü yaratmalı, xalqın fikrini öyrənməli, təhlil və ifadə etməlidirlər.

Azərbaycan Kommunist Partiyasının üzvləri və təəssübkeşləri inanırlar ki, aparılan islahatlar sağlam fikirlər toqquşmasında ölkədaxili məsələləri dəqiqləşdirəcək və yaşarı, ədalətli qərarlar qəbul ediləcək. Qanunlar xalqın ədalətlə yaşamasına və istedadına, qabiliyyətinə uyğun işləməsinə şərait yaradacaqdır.
Siyasi konfliktləri, milli münasibətlərdəki mübahisələri, iqtisadi, ekoloji və mədəni mühitdə baş verən böhranları yalnız ədalətli qanunlar aradan qaldıra bilər”. (report)


 

 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...