Əliyev və Ərdoğan Türkiyədə mühüm tədbirdə iştirak edəcək

Siyasət
11:35 / 10.06.2025
5157
Yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qəhrəmanmaraşda Azərbaycanın zəlzələdən zərərçəkənlər üçün tikdiyi məhəllənin açılışı olacaq.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün məlumat verib.
Səfir qeyd edib ki, dəqiq tarix hələ bəlli deyil.