İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi


İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram”.


OXŞAR XƏBƏRLƏR

Prezident:Azərbaycan müstəqil siyasətini cəsarətlə davam etdirir

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıd...

Alyona Əliyevadan PAYLAŞIM - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib.     Sfera.az paylaşımı təqdim edir: &n...

İlham Əliyev Azərbaycanın həyata keçirdiyi layihələrin ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və öl...

Küləklə bağlı əhaliyə müraciət olundu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yer...

DTX-dan 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi sosial şəbəkə hesablarında xüsusi hazırlanmış videoçarx yayımlayıb. ...

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. ...