Qayıdışın və birliyin simvolu: Laçın GÖRÜŞÜ

Qayıdışın və birliyin simvolu: Laçın GÖRÜŞÜ

Mayın 28-də Liderlərin - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır.

 

Zirvə görüşündə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Zirvə görüşündə Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd etməklə başladı.

 

Bu, müsəlman dünyasında ilk demokratik respublikanın qurulması kimi böyük tarixi hadisə idi. Lakin bu müstəqilliyin qısa sürməsi, xarici təzyiqlər və işğallarla üz-üzə qalmış Azərbaycan xalqının mübarizəsinin simvolu kimi təqdim olundu. Bu, Azərbaycanın keçmiş ədalətsizliklərlə, itkilərlə və işğallarla mübarizəsinin, eyni zamanda iradəsinin və qardaş xalqların dəstəyinin gücünü vurğulayan ideoloji mesaj idi. 

 

Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından simvolik əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bəzi məqamları diqqətə çatdıraraq bildirdi ki, “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.  


 

“Biz qayıtmalıydıq və qayıtmışıq”, – deyən dövlət başçısı, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərindən də geniş söz açdı. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır – xəstəxanalar, məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma yurduna qayıdır. Bu bölgəyə həyat, bu bölgəyə əsl sahib qayıdıb. 


Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirdi, şəhidlərin xatirəsini andı, qazilərə salamlarını çatdırdı, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirdi.

 

Laçında keçirilən Zirvə görüşündə çıxış edən Prezident Rəcəb Tayyib Erdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd etdi ki, “Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir”.


Azərbaycan, Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə olunur ki, üç qardaş ölkə birgə layihələr, siyasi həmrəylik və iqtisadi tərəfdaşlıqla yeni bir inteqrasiya mərhələsinə qədəm qoyur.

 

 

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

 

Afət Camalova,
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru


OXŞAR XƏBƏRLƏR

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...