"Yeni köç dalğasına səbəb olacaq heç bir addım atmayacağıq" - Hakan Fidandan Suriya AÇIQLAMASI
Siyasət
16:04 / 30.11.2024
3691
Xarici işlər naziri Hakan Fidan Türkiyənin Suriyada davam edən münaqişələrə qarışmadığını bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Hakan Fidan TRT-nin bu il 8-ci dəfə təşkil etdiyi TRT World Forum 2024-də “Müharibə və nizam: Dəyişən Dünyada Geosiyasi Dəyişiklikləri İstiqamətləndirmək” adlı sessiyanın açılışında çıxışı zamanı danışıb.
Suriyada davam edən münaqişələrə toxunan Fidan bildirib ki, Türkiyə Hələbdə davam edən münaqişələrə qarışmır. Nazir Suriya sərhədində lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
"Yeni bir köç dalğasına səbəb olacaq heç bir addım atmayacağıq",- o qeyd edib.
Firuzə Əliyeva