"Ermənistan sammitlərdə iştirak etmir,Qazaxıstan və Qırğızıstan isə..." - KTMT parçalanır?

"Ermənistan sammitlərdə iştirak etmir,Qazaxıstan və Qırğızıstan isə..." - KTMT parçalanır?

Xəbər verdiyimiz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi(KTMT) Təşkilatının növbəti sammitinə də qatılmayıb. 

 

İrəvanın bu addımı necə dəyərləndirilməlidir? Bu konteksdə, KTMT-nin parçalandığını demək olarmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib ki, KTMT 30 il ərzində nəinki beynəlxalq müstəvidə, heç regional təşkilat kimi özünü doğrultmayıb. Müsahibimizin sözlərinə görə, səbəb Rusiyanın üzv ölkələri Moskvaya tabe etdirmək siyasəti aparmasıdır:

 

“Bu baxımdan, üzv ölkələr təşkilatın inkişafında maraqlı olmadılar. Fikrimcə, yeni dünya siyasi nizamında KTMT-yə ehtiyac olmayacaq. Təşkilat Rusiya-Belarus və Tacikistanı əhatə edən bir qurum səviyyəsindədir. Bu iki üzv Ukrayna savaşında neytrallıq nümayiş etdirir. Ermənistana gəldikdə isə,  KTMT-də de-fakto fəaliyyətini dayandırıb. Gələn ildən isə de-yure bu təşkilatı tərk edə bilər. Rusiya rəhbərliyi təşkilatın müasir siyasi və hərbi çağırışlara cavab vermədiyinin fərqindədir. Qazaxıstan və Qırğızıstan isə daha çox Türk Birliyi çərçivəsində hərbi təşkilatda maraqlıdır. Onlar Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirirlər”.

 

Ekspert bildirdi ki, Rusiya nüvə doktrinasında dəyişikliklər edərək nüvə çətirinin müttəfiq ölkələrə də şamil edildiyini vurğulayıb:

 

“Təbii ki, bununla KTMT-nin nüvə çətiri olduğunu Qərbə mesaj kimi ötürməyə çalışır. Amma bu, təşkilata müsbət təsir etməyəcək.  Lakin Moskva savaşda qalib gələrsə, KTMT-yə yeni üzvlər cəlb etməklə NATO-nun alternativini yarada bilər. Hazırda isə təşkilat zəifləyib və parçalanır”.

 

Günay Rəsulqızı  


OXŞAR XƏBƏRLƏR

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...

Məhəmməd İngiltərədə oğlan uşaqlarına verilən ən məşhur ad olub

Ərəb adı Məhəmməd indi İngiltərə və Uelsdə oğlanlar üçün ən populyar ada çevrilib. Bu ad rəsmi reytinqlərdə Nuh adını geridə qoyub. Milli Statistika İdarəsinin ...

Ətin bahalaşma SƏBƏBLƏRİ - VİDEO

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyva...