İsraillə "Hizbullah" arasında ATƏŞKƏS: Müharibə sona çatır? - ŞƏRH

İsraillə "Hizbullah" arasında ATƏŞKƏS: Müharibə sona çatır? - ŞƏRH

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. Sözügedən sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq.

 

Bunu İsraillə "Hizbullah" arasındakı atəşkəsi müharibənin başa çatması kimi qiymətləndirmək olarmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, “Hizbullah”ın atəşkəs üzrə bundan sonrakı fəaliyyətini təmin etmək məsuliyyətini Livan tərəfi daşıyır:


“İsraillə “Hizbullah” arasındakı hərbi əməliyyatların daimi dayandırılması üçün nəzərdə tutulan atəşkəs sazişinin tərəfləri Livan və İsraildir. Bu atəşkəs ilk baxışda Livan və İsrail üçün qələbə, İran, “Hizbullah” və HƏMAS üçün ağır itki kimi başa düşülür. Ancaq ABŞ, Fransa, İsrail və Livan “Hizbullah”la İranın qarşısını ala bilməsə, Tehran regionda uğursuzluq zəncirinin bir həlqəsini qırmış olacaq”. 


 
Politoloq qeyd edib ki, İran uğursuzluqlarının davamının gəlməməsi və özünü toplamaq üçün İsrailə dolayı yolla Yaxın Şərqdə “güzəştə getməyə” məcbur oldu:

 

“Bunun başqa bir səbəbi Qərblə İran arasındakı nüvə danışıqlarıdır. Yəqin ki, Tehran Qərb tərəfindən verilə biləcək güzəştlərin müqabilində İsraillə başqa cür, daha dəqiqi nisbətən loyal oynamaq imkanını nəzərdən keçirir.  İranın “oyunu” perspektivdə özü üçün mühüm dəyişikliyə yol açmağa fokuslana bilər. Çünki İran 2025-ci ildən səlahiyyətlərinin icrasına başlayacaq Donald Trampın mümkün təcrid siyasətini və təzyiqlərini azaltmaq üçün fürsət axtarır. Şübhə yoxdur ki, İran “Hizbullah”ın atəşkəsə əməl etməsinə “kömək etmək” öhdəliyini götürəcək. Bu, Tramp administrasiyasının perspektiv təzyiqlərini azaltması üçün motivasiya ola bilər. Lakin İranın nüvə silahına təhlükəli yaxınlaşması barədə hesabatlar fikir dolaşıqları yaradır.  Ümumilikdə hadisələrin ən gur səsi Suriyada çıxmaqdadır, beləliklə, Suriyada bütün oyunlar pozula bilər”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Hacıqabulda AĞIR QƏZA: Ölən və xəsarət alan var

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisi...

Qubada 102 minlik dələduzluq: saxlanılanlar var

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.   DİN-in Mətbuat Xidmətinin Q...

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...