"Bizimlə eyni aqibəti yaşamış Polşa indi işğalçının bayrağı altında..." - AÇIQLAMA

"Bizimlə eyni aqibəti yaşamış Polşa indi işğalçının bayrağı altında..." - AÇIQLAMA

Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olub. Erməni mediasının məlumatına görə, Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Polşa prezidentinin Ermənistan-Azərbaycan sərhədində görünməsi, “diplomatik gəzinti” adlandırılsa da, əslində, Avropa İttifaqının bəzi üzvlərinin Azərbaycana qarşı olan mövqeyini daha açıq şəkildə nümayiş etdirir:

 

“Bu, qızıl qabda təqdim olunan soyuq mesajdır. Azərbaycan isə bu cür mesajlara nə açıq reaksiya verir, nə də susaraq cavabsız qoyur – onun cavabı sahədədir, işindədir, prinsipindədir. Belə bir vəziyyətdə Azərbaycan regionun həssas nöqtələrində yerləşdiyini bir daha nəzərə almalıdır. Rusiya-Ukrayna müharibəsi sərhədimizdən cəmi 300 km məsafədədir və 8 milyondan çox qaçqının yaranmasına səbəb olub. İranla İsrailin gözlənilən potensial münaqişələri isə sərhədimizdən cəmi 20-50 km aralıda baş verə bilər ki, bu da hərbi və iqtisadi riskləri artırır. Polşanın Ermənistanla sıx təmasları, Avropa İttifaqının bəzi üzvlərinin Ermənistana açıq dəstəyi isə göstərir ki, regional siyasətdə neytrallıq bəzən sadəcə bir illüziyadır”.

 

Ekspert bildirdi ki,  Azərbaycanın yolu açıqdır və biz milli maraqlarımızın müdafiəsini heç kimə həvalə etməyəcəyik:

 

“Avropanın bəzi dairələrinin ikiüzlü siyasəti, Azərbaycanın isə bu dairələrin yaratdığı labirintlərdə öz müstəqil çıxışını tapması tarixi bir dərsdir. Ölkəmiz dünya siyasətinin qaynar mərkəzlərindən biri olaraq, qlobal təhlükələr və regional maraqlar arasında öz müstəqil yolunu seçir. Rəqəmlər, faktlar və yaxınlıq bizə göstərir ki, hər bir addım, hər bir qərar həm ölkənin daxilində, həm də onun sərhədlərindən kənarda strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın tarixi missiyası və geopolitik üstünlüyüdür. Polşa isə dünyada ən çox bölüşdürülmə faktı ilə tanınır. Bu ölkə həmişə təhlükəli coğrafiyada mövcud olmağa çalışıb. Amma həmin təhlükələr yenə də qapılarındadır. Bilmək olmaz, Ukrayna müharibəsinin sonunda Polşa 7-ci dəfə bölüşdürülə bilər. Tarix də ona görədir ki, ibrət ala bilsinlər. Bu ölkənin aqibətini də biz yaşamışıq, amma indi onlar işğalçının bayrağı altında, biz isə öz bayrağımız altında qarşılaşırıq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Hacıqabulda AĞIR QƏZA: Ölən və xəsarət alan var

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisi...

Qubada 102 minlik dələduzluq: saxlanılanlar var

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.   DİN-in Mətbuat Xidmətinin Q...

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...