“Hər bir Türkün iki Vətəni var: biri doğulduğu ölkə, ikincisi Türkiyə!”

“Hər bir Türkün iki Vətəni var: biri doğulduğu ölkə, ikincisi Türkiyə!”

““Hər bir Türkün iki Vətəni var: biri doğulduğu ölkə, ikincisi Türkiyə!” - əslən Qazax türklərindən olan görkəmli siyasi xadim Mustafa Çokayın Türk birliyinə səsləyən bu fikirləri deyildiyi zamanlarda olduğu kimi, tarixin bütün dönəmləri üçün, eləcə də həm bu gün, həm də sabah üçün eyni dərəcədə aktual səslənir. Türkiyə damarında türk qanı axan hər bir türk övladının doğma yurd yeri və vətənidir.”

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev öz sosial şəbəkə hesabında yazıb.

 

“Bu gün dünya miqyasında söz sahibinə çevrilən qardaş Türkiyə böyük sərkərdə Mustafa Kamal Atatürkün və onun məsləkdaşlarının liderliyi ilə qəhrəman türk xalqının yaratdığı şah əsərdir. Cümhuriyyətin 101 illik yubileyi günündə böyük Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını, qanını fəda etmiş türk qəhrəmanlarını hamılıqla ehtiramla yad edirik!” -millət vəkili qeydlərinə əlavə edib.

 

“Bütün dünya türklüyünü bu əziz Türkiyə günü münasibətilə təbrik edirəm. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Var olsun Türk Dünyası!
 

Nə yaxşı ki, Türkiyə var.
Hər sal daşı, qayası da
Dəmirləşən böyük diyar!
Nə yaxşı ki, bu dünyada
İstanbul var, Ankara var.
Nə yaxşı ki, köksümüzün
Türk adlanan səngəri var!”

 

– Cavanşir Feyziyev öz təbriklərini şeirlə çatdırıb.


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...