“Bir sıra güc mərkəzləri gərginliyin artmasında maraqlıdır” - Əli Nağıyev

“Bir sıra güc mərkəzləri gərginliyin artmasında maraqlıdır” - Əli Nağıyev

“Azərbaycan postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır”​.

 

Sfera.az xəbər verir ki, bu bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

 

Ə.Nağıyev bildirib ki, buna baxmayaraq dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdən çəkinmirlər:

 

“Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə baş vermiş və hazırda dünyada davam edən silahlı münaqişələr nəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş və itkin düşmüş yüz minlərlə insanının acı taleyi düşündürmür. Eyni zamanda, biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bütün dövlətlərlə sosial-iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindəyik. Eyni prinsiplər əsasında Azərbaycan dövləti Ermənistanla qısa vaxt ərzində sülh müqaviləsi imzalamağa hazırdır. Bundan ötrü rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını şərtləndirən Konstitusiyasında və digər milli qanunvericilik aktlarında dəyişiklik etməlidir. Bu gün bağlanan sülh müqaviləsi yenidən nə vaxtsa ərazi iddialarını irəli sürməyi tamamilə istisna etməlidir”.

 

Komissiya sədri əlavə edib ki, yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusi ilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakı itkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüldü

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.   Sfera.az xəbər verir ki, prokurorluğun bəyanatında...

Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsi...

Azərbaycan – Slovakiya matçının hakimləri MÜƏYYƏNLƏŞDİ

UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.   Sfera.az&...

Azərbaycanda 9 ayda orta illik inflyasiya 1,5 % olub - STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, iç...

"Media olaraq qarşımızda duran əsas məqsəd dəqiq və obyektiv prinsiplərə söykənməkdir" - Vüqar Zifəroğlu

"Siyasi sistemə qarşı qeyri-obyektiv, qərb dəyərləri kimi fikirlərdən, manipulyasiyadan istifadə edilir, Azərbaycan enerji ixracatçısı kimi hədəfə alınır&q...

Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır

Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komit...