Vaxtilə Qarabağda SES sahibi olmuş separatçı İNTİHAR ETDİ
Siyasət
17:10 / 09.09.2024
6839
Qarabağdakı separatçı rejimin keçmiş liderlərindən biri Arşavir Qaramyanın keçmiş kürəkəni Loris Yeqoyan intihar edib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, həmin şəxs “Beretta” tapançasından atəş açaraq özünə qəsd edib.
Nəşrin məlumatına görə, Yeqoyan və Qaramyanın qızı bir neçə ildir ki, boşanıb. O, uzun illər Qarabağda su elektrik stansiyasının sahibi, eləcə də kollektor agentliyinin direktoru olub.