İranın bu addımı Qərb, ABŞ və Ukraynada NARAZILIQ YARATDI

İranın bu addımı Qərb, ABŞ və Ukraynada NARAZILIQ YARATDI

İran Rusiyaya “yüzlərlə” ballistik raket göndərib.

 

Sfera.az bildirir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Tehranın Moskvaya dəstəyinin xeyli artdığını deyən Ukrayna rəsmiləri bu həftə Xəzər dənizindəki limana 200-dən çox “Fath-360” qısa mənzilli ballistik raketin çatdığını iddia ediblər.

 

Raketin göndərilməsi barədə daha əvvəl ABŞ-nin “Wall Street Journal” qəzeti məlumat verib. Ukraynanın keçmiş müdafiə nazirlərindən biri olan Andriy Zaqorodnyuk iddiaları təsdiqləyib və İran raketlərini “böyük təhlükə” kimi qiymətləndirib. O, raketlərin Ukraynanın enerji infrastrukturunu məhv etmək üçün istifadə olunacağını qeyd edib. “İran raketləri böyük ehtimalla qəsəbə və şəhərlərdə istifadə ediləcək. Bu, yəqin ki, ölkənin hər yerində daha çox mülki ölüm deməkdir”.

 

120 km mənzilli bu raketlərin Xarkov, Sumi və Pokrovsk kimi strateji əhəmiyyətli şəhərlərdə istifadə olunacağı ehtimal edilir. Mütəxəssislərin fikrincə, “Fath-360”ların tədarükü Rusiyaya uzaq mənzilli hipersəs “Kinjal” raketlərini yerləşdirməyə imkan verəcək. “Financial Times”ın xəbərinə görə, Kremlin arsenalındakı ən mürəkkəb silahlardan biri olan “Kinjal” raketlərinin qarşısını almaq çox çətindir: “Yalnız ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri onları vura bilər”.

 

Ukrayna Xarici İşlər Nazirliyi şənbə günü İranın Rusiyaya raket göndərməsi ilə bağlı xəbərlərdən sonra bəyanat yayıb və Tehranı bundan çəkinməyə çağırıb. Nazirlik həmçinin vurğulayıb ki, İranın addımları Ukrayna-İran münasibətləri üçün dağıdıcı nəticələrə səbəb olacaq. Ukrayna kəşfiyyatının məlumatına görə, Tehran pilotsuz uçuş aparatları və raketlər müqabilində Moskvadan daha geniş əməkdaşlıq və hərbi texnologiya vədləri alıb. “Rusiya və İran arasında dərinləşən əməkdaşlıq təkcə Ukrayna üçün deyil, bütün Avropa, Yaxın Şərq və dünya üçün ciddi  təhdidləri yaradır”, - nazirlik bildirib.

 

İddialardan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Sean Savett də açıqlama verərək Vaşinqtonun narahatlığını ifadə edib: “İranın dəstəyi Rusiyanın Ukraynaya hücumlarında dramatik eskalasiyaya səbəb ola bilər”.  Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns isə, “Bu tərəfdaşlıq Avropanın təhlükəsizliyini təhdid edir”, deyib. 

 

Digər tərəfdən, İran xarici işlər nazirliyinin sözçüsü Nasser Kanaani raket satışı ilə bağlı iddiaları “tamamilə əsassız” adlandırıb. Onun sözlərinə görə, bu məlumatlar Qərb dövlətləri tərəfindən “siyasi məqsədlərlə” irəli sürülüb . 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu klublar cərimələndi - SİYAHI

AFFA İntizam Komitəsi "Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klublarını cərimələyib.   Sfera.az xəbər verir ki, bu barəd...

16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı

Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.   Sfera.az xəbər verir ki, Nərimankənd sakini olan 2...

Trampın bu qərarı Azərbaycanın mənzil bazarında ucuzlaşmaya səbəb olacaq - ŞƏRH

2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək növbəti prezident seçkilərinin nəticələri Azərbaycanın mənzil və daşınmaz əmlak bazarında qiymətlərə təsir edə bilər....

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə kəndlərin formalaşdırılması prosesi davam edir.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələl...

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək - PROQNOZ

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarıma...

Bu halda saxta əsginas verən şəxslər HƏBS OLUNA BİLMƏZ - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan s...