MSK müddəti keçən şikayətləri GERİ GÖNDƏRDİ
16:33 / 09.09.2024
6360
Mərkəzi Seçki Komissiyası (MSK) müəyyən edilmiş müddəti keçən şikayətləri geri göndərib.
Sfera.az xəbər verir ki, bununla bağlı MSK-nin bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK üzvlərini təqdimatına əsasən, 119 saylı Ağdam, 60 saylı Quba-Qusar, 73 saylı Masallı Cəlilabad, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində pozuntularla bağlı şikayət daxil olub.
Lakin şikayət müəyyən edilmiş müddəti keçdiyinə görə ərizəçiyə geri qaytarılıb.