Ermənistanın Naxçıvana gedən yolla bağlı "özəl şirkət" kartı: Bakı razılaşacaqmı? - AÇIQLAMA

Ermənistanın Naxçıvana gedən yolla bağlı "özəl şirkət" kartı: Bakı razılaşacaqmı? - AÇIQLAMA

Ötən gün Ermənistan respublikanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Naxçıvana gedən avtomobil yolundan danışıb. O qeyd edib ki, Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanı nəzərdən keçirilir. “Vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək”, - Safaryan əlavə edib. 

 

Maraqlıdır, Azərbaycan Naxçıvana gedən yola nəzarətin özəl şirkətə verilməsi ilə razılaşa bilərmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında müxtəlif fikirlər var:

 

“Lakin imzalanan sənəd bundan ibarətdir ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasına zəmanət verməlidir və sərnişinlərin, yüklərin, avtomobillərin maneəsiz keçidi təmin olunmalıdır. Amma 2020-ci ilin 10 noyabr tarixində imzalanan sənədin 9-cu bəndi hələ də icra olunmur. Rusiya-Ukrayna müharibəsi nəticəsində həm də rəsmi İrəvan hesab edir ki, Rusiya bu təhlükəsizlik zəmanətini verməməlidir. Birtərəfli qaydada Ermənistan bundan boyun qaçırır. Eyni zamanda İran dəhlizə qarşı çıxır, Fransa başda olmaqla, Avropa İttifaqı və Qərb nümayəndələri öz zəmanətlərini təqdim etmək fikrindədirlər. Beləliklə, vəziyyət kifayət qədər ciddi istiqamət alır. Bu fonda isə Safaryan bildirir ki, vergi və gömrük funksiyalarının Ermənistan müvafiq xidmətləri tərəfindən həyata keçirilməsi, təhlükəsizliyin isə özəl şirkətlərə verilməsi haqqında fikirlər var”.

 

Politoloq bildirib ki, bu tipli açıqlama prosesi uzatmaq, ayrı istiqamətə yönəltmək anlamını daşıyır:

 

“Ermənistan Baş nazirinin imzaladığı sənəddə özəl şirkət haqqında heç bir fikir yoxdur. Burada haqlı olaraq yeni bir sual meydana çıxır ki, sözügedən özəl şirkət Ermənistanı, Azərbaycanı, Rusiyanı və ya ayrı bir tərəfi təmsil edəcəkmi? Və ya bu təmsilçilik hansı güc mərkəzi tərəfindən icra olunacaq? Özəl şirkət, suveren hüquqlar, kommunikasiyalar üzərində suverenlik kimi fikirlər irəli sürüldükcə proses uzanır. Digər tərəfdən, Ermənistanın təqdim etdiyi nəqliyyat maşurutu ayrı-ayrı istiqamətləri əhatə edirdi – həm şimal, həm orta, həm tonlaşdırılan istiqamət üzrə. Bu da prosesi uzatmaq anlamı verir və tamamilə qəbulolunmazdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evin...

Dang qızdırmasının dəhşətli nəticələri kəşf edildi: Zehni zədələnmə riski 213%-dir

Qlobal istiləşmənin gəlişi ilə bütün dünyada bir sıra təhlükəli xəstəliklər yayılmağa başladı ki, bunlardan biri də ağcaqanadlar tərəfindən ötürülən Dang qızdır...

Üç min şəhidlə bağlı məlumat silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.   Sfera.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şura...

Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.   Sfera.az bildirir ki, ölüm səbəbi infarkt ...

ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.   ...

Meymun çiçəyi tüğyan edir: Peyvəndlər virusa yoluxma hallarının qarşısını alırmı?

Meymun çiçəyinin təhlükəli və inanılmaz dərəcədə yoluxucu yeni ştammı (meymun nəcisi də adlandırılır-red.) bütün dünyada yayılır. Xəstəlik alimləri bu təhlükəli...