Rusiya polisi Hüseyn Həsənovu AXTARIR: "Şirkətləri bağlanıb, özü isə..."

Rusiya polisi Hüseyn Həsənovu AXTARIR: "Şirkətləri bağlanıb, özü isə..."

Rusiya polisi tanınmış bloger, əslən azərbaycanlı olan Hüseyn Həsənovu axtarır.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Təhlükəsiz İnternet Liqasının (SLI) rəhbəri Yekaterina Mizulina “Telegram” səhifəsində paylaşıb. SLI rəhbəri qeyd edib ki, onun H.Həsənov haqqında Daxili İşlər Nazirliyinə şikayətindən sonra blogeri tapmaq olmur.

 

“Rusiya Daxili İşlər Nazirliyinə müraciətimizdən sonra onlar “fırıldaqçı” Həsənovun fəaliyyətini araşdırırlar. Həsənovu vergi idarəsi məhkəməyə verib, onun bir sıra şirkətləri dövlətə borclarına görə bağlanıb, özü isə qaçır”, - Mizulina bildirib.

 

Əvvəllər vergi orqanları blogerin şirkətini vergi borclarına və bəyannamənin olmamasına görə bağlayıb. Söhbət “Banda Foods” suşi çatdırılma şirkətindən gedir.

 

Bundan əvvəl Həsənovun vergi idarəsinə 153 milyon rubl (1,7 milyon dollar) məbləğində borcu olduğu məlum olub.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR