Qırğızıstanın yeni səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO

Qırğızıstanın yeni səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovu qəbul edib.

 

Xarici İşlər Nazirliyindən (XİN) Sfera.az-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

 

Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

 

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

 

C.Bayramov ölkələr arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Ölkə rəhbərləri arasında son zamanlar daha da artan təmasların, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə əlamətdar olduğu vurğulanıb.

 

Ölkələr arasında çoxtərəfli platformalarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT), SPECA, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Xüsusilə, TDT çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.

 

Görüş zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş əməkdaşlıq imkanları olduğu qeyd edilib.

 

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində təməli qoyulmuş orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

 

Səfir Maksat Mamıtkanov ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

"Məktəblərdə təhlükəsizlik protokolları hazırlanmalıdır" - Hüquqşünas

Son vaxtlar Bakıda uşaq oğurluqları ilə bağlı narahatedici xəbərlər yayılmaqdadır. Sosial şəbəkələrdə və xəbər portallarında yayılan məlumatlara görə, bir neçə ...

Milli Məclisin növbəti iclasının vaxtı açıqladı

Milli Məclisin növbəti iclası 23 mayda keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr...

Həkim və əczaçıların sertifikasiyası üçün yeni prosedurlar müəyyənləşdi

Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar icla...

Prezident İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb - VİDEO

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Litvanın Baş naziri Gintautas Palukas ilə görüşüb. ...

Bu işçilər sınaq imtahanından keçəcək - Rəsmi

Həkimlərin və əczaçıların sertifikasiyası ilə əlaqədar sınaq imtahanı da təşkil olunacaq.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiri...

Səhiyyə naziri deputata etiraz etdi:"O, evin mətbəxində əməliyyat olunub"

"Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdehdir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Sə...