Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

İyun ayının 21-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirən 29-cu Beynəlxalq Neft və Qaz – “Caspian Oil & Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji –“Caspian Power” sərgiləri keçirilib.

 

Bakı Enerji Həftəsində 37-də artıq ölkədən 300-dən çox şirkən iştirak edib. Bu da dövlətlərin və şirkətlərin bu işə inamını və sadiqliyini göstərir.

 

Onu da qeyd edək ki, tədbir artıq 30 ildir keçirilir. İlk dəfə bu tədbir hələ 1994-cü ildə təşkil olunub. İndiyə qədər isə ölkələrin cöğrafiyası və iştirak edən şirkətlərin sayı xeyli artıb və durmadan artmaqdadır. Bu sərgi eyni zamanda göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıran şirkətlər üçün də olduqca cəlbedicidir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində “Masdar”ın bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olduğunu deyib. Qeyd edib ki, “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş və külək enerjisi stansiyalarının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 giqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.

 

Bu sahədə Azərbaycan olduqca böyük işlər görür. Xarici ölkələri, şirkətləri özünə cəlb edir. Odur ki, ölkəmizdə energetika sahəsinə yaxşı sərmayə mühiti mövcuddur. Bütün bunlar göstərir ki, respublikamız ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Azərbaycan COP29-a ev sahibliyi edir, odur ki, Azərbaycanın yaşıl enerjiyə keçid prosesində üzərinə çox böyük öhdəlik və məsuliyyət düşür.

 

Respublikamız eyni zamanda bu səbəbdən də öndəgedənlərdən olmalıdır. Çox sevindirici haldır ki, Azərbaycanın “Masdar”, “ACWA Power” kimi strateji tərəfdarları var və bizimlə işləmək istəyən, sərmayə qoymağı planlaşdıran bir sıra xarici şirkətlər vardır. Onu da qeyd edək ki, BP də sərmayədarlar sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın neft və qaz sahəsini yaxşı bildiyini və bu işə isə təzə başlanıldığını və milli enerji şəbəkəsi ilə bağlı müəyyən çətinliklərin olduğunu və eyni zamanda sərmayədarların verdiyi mümkün qədər çox enerjinin qəbul edilməsi üçün milli enerji şəbəkəsinin gücləndirilməsinin lazım olduğunu söyləyib. Prezident İlham Əliyev digər çətinliyin ötürülmə xətləri ilə bağlı olduğunu və bu halda öz qonşularımızla fəal çalışmağımızın lazım olduğunu deyib.

 

Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşmaq tətbiq edilməlidir ki, o, əsasən, indi Avropaya lazım olan qaydada nəql olunsun. Bu il Azərbaycan COP29-a ev sahibliyi edir.

 

Prezident İlham Əliyev bu ili xüsusi Sərəncamla Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.

 

Azərbaycan Respublikasının Prezidenti: “Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP29 zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

 

Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru


OXŞAR XƏBƏRLƏR

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...

Bakıda azyaşlını girov götürən şəxs zərərsizləşdirildi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...

Şamaxıda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...

Azərbaycanda jurnalistika ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlib

1875-ci il iyulun 22-də xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi  Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Ək...