Bakıda Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş KEÇİRİLDİ

Bakıda Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş KEÇİRİLDİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti İyunun 14-də Azərbaycana rəsmi səfərə gəlib.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Serbiyalı nümayəndələr əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri səsləndirilib. Cənab B.Qaşiç protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

 

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra müdafiə naziri regiondakı vəziyyətə toxunaraq qeyd edib ki, Vətən müharibəsi və antiterror əməliyyatından sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Respublikasının ərazisindən tamamilə çıxarılıb.

 

General-polkovnik Z.Həsənov cənab B.Qaşiçi 2024-cü ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Cənab B.Qaşiç isə öz növbəsində ölkəmizə rəsmi səfərindən məmnunluq ifadə edib. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Serbiyanın müdafiə naziri Vətən müharibəsində əldə edilmiş Qələbə münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Azərbaycan ilə Serbiya arasında bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını xüsusi vurğulayıb.

 

Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

 


OXŞAR XƏBƏRLƏR

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...

Bakıda azyaşlını girov götürən şəxs zərərsizləşdirildi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...

Şamaxıda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...

Azərbaycanda jurnalistika ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlib

1875-ci il iyulun 22-də xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi  Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Ək...