Almaniya Ukraynaya yeni silahlar verdi - ADLAR

Almaniya Ukraynaya yeni silahlar verdi - ADLAR

 

Almaniya Ukraynaya daha bir hərbi yardım paketini həyata keçirib.

 

Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, almanlar HIMARS raket sistemlərindən, hava hücumundan müdafiə sistemlərindən, tanklardan və s. ibarət olan silah yardımını edib.

 

Təqdim olunan silahların siyahısı Almaniya hökumətinin saytında dərc olunub.

 

Məlumata görə Ukraynaya 20 ədəd “Marder” piyadaların döyüş maşını, 10 ədəd “Leopard 1” A5 tankı (ehtiyat hissələri ilə birgə), 1 ədəd IRIS-T SLS qısa mənzilli zenit-raket kompleksi, 1 ədəd IRIS-T SLM orta mənzilli zenit-raket kompleksi, 3 ədəd HIMARS raket artilleriya sistemi, 2 ədəd “Biber” zirehli körpüdüzən maşın, 2 ədəd “Bergepanzer” zirehli təmir-bərpa maşını, 4 ədəd “Wisent 1” minatəmizləmə maşını verilib. Hərbi yardım paketinə digər texnika və sursatlar da daxildir.

 

Xatırladaq ki, daha əvvəl müdafiə naziri Boris Pistorius Almaniyanın öz hava hücumundan müdafiə sistemlərinin ümumi sayının dörddə birini Ukraynaya təhvil verəcəyini bildirmişdi.

 

Vasif


OXŞAR XƏBƏRLƏR