Azərbaycan COP29 ərəfəsində Kolumbiya və Səudiyyə Ərəbistanı ilə danışıqlar APARDI

Siyasət
15:06 / 13.06.2024
3168
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Kolumbiya və Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüş keçirib.
Sfera.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə sinerji və davamlı inkişaf üçün COP29-a hazırlıq çərçivəsində məhsuldar müzakirələr aparılıb.