G7 ölkələri bu tarixlərdə TOPLANIR: Hansı məsələləri müzakirə edəcəklər?

G7 ölkələri bu tarixlərdə TOPLANIR: Hansı məsələləri müzakirə edəcəklər?

G7 ölkələrinin liderləri bir araya gəliblər.

 

Sfera.az bildirir ki, G7 Sammiti İtaliyanın ev sahibliyi ilə başlayıb. Liderlər iki gün İtaliyanın cənubundakı lüks kurort olan “Borgo Egnazia”da qalacaqlar.

 

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Roma Papası Fransisk də daxil olmaqla, G7 xaricindəki qonaqlar da ikitərəfli görüşlərdə və xüsusi iclaslarda iştirak edəcəklər. Burada Qəzza və Ukraynadakı müharibələrdən tutmuş, iqlim böhranı və süni intellektə qədər kritik məsələlər müzakirə olunacaq.

 

Liderlərin gündəminə həmçinin Afrikadan Asiya-Sakit okeana qədər geniş coğrafiyaya uzanan məsələlər də daxildir. Sammitin mühüm məsələlərindən biri Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Qeyd olunur ki, ABŞ sammit çərçivəsində yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan edəcək.

 

Beləliklə, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya ilə yanaşı, sammitdə Türkiyə, Ukrayna, Əlcəzair, Argentina, Braziliya, Hindistan, İordaniya, Keniya, Tunis, Mavritaniya və Birləşmiş Ərəb Əmirliklərinin liderləri də olacaq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də iki gün İtaliyada baş tutacaq tədbirlərdə yer alacaqlar.

 

Xatırladaq ki, G7 sammiti iyunun 13-15-də İtaliyanın cənubundakı Puqliyada baş tutacaq. Zirvədən sonra media mənsubları təxminən 60 kilometr uzaqlıqdakı Baridə qalacaq və yalnız mətbuat konfranslarında iştirak edə biləcəklər.

 


Günay 


OXŞAR XƏBƏRLƏR

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirildi

Ekoloji maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə ir...

Dövlət Xidmətindən daha bir XƏBƏRDARLIQ

Gün keçdikcə süni intellekt texnologiyasından istifadə edənlərin sayı artır.   Bəs süni intellekt nədir? Süni intellektdən istifadə edərkən hansı kib...

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndi...

Mərdəkanda qaz təchizatı dayandırılacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı daya...

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.  ...

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...