Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirilib - SİYAHI
Siyasət
05:20 / 23.12.2015
2772
Azərbaycan prezidenti İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə olunub.
Qeyd edək ki, “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:
“Ağcabədi rayonu” bölməsi üzrə 8.42-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qiyaməddinli” sözü “Yuxarı Qiyaməddinli” sözləri ilə əvəz edilib.
“Ağdam rayonu” bölməsi üzrə “Baharlı” sözü “Gül Baharlı” sözləri ilə əvəz edilib.
“Ağdaş rayonu” bölməsi üzrə “Yeniarx” sözü “Aşağı Qobuüstü” sözləri ilə əvəz edilib.
“Astara rayonu” bölməsi üzrə “Telman” sözü “Çayoba” sözü ilə əvəz edilib.
“Bərdə rayonu” bölməsi üzrə “Qazaxlar” sözü “Birinci Qazaxlar” sözləri ilə əvəz edilib.
“Cəlilabad rayonu” bölməsi üzrə “Kövüzbulaq” sözü “Soyuqbulaq” sözü ilə, “Badamağac” sözü “Güneyli” sözü ilə əvəz edilib, “Təzəkənd” sözü isə “Çəmənli” sözü ilə əvəzlənib.
“Gədəbəy rayonu” bölməsi üzrə “Qasımağalı” sözü “Çaykənd” sözü ilə, “Qurudərə” sözü “Gülallı” sözü ilə, “Yenikənd” sözü “Qızılqaya” sözü ilə, “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilib.
“Göyçay rayonu” bölməsi üzrə “Cəyirli” sözü “Şıxlar” sözü ilə əvəz edilib.
“Xaçmaz rayonu” bölməsi üzrə “İlxıçı” sözü “Məmmədxanlı” sözü ilə əvəzlənib.
“İsmayıllı rayonu” bölməsi üzrə “Cülyan” sözü hər iki halda “Yuxarı Cülyan” sözləri ilə əvəz edilib.
“Kürdəmir rayonu” bölməsi üzrə “Qarabucaq” sözü “Axtaçı Qarabucaq” sözləri ilə əvəz edilib.
“Quba rayonu” bölməsi üzrə “Digah” sözü “Yuxarı Digah” sözləri ilə əvəz edilib.
“Tərtər rayonu” bölməsi üzrə “Qapanlı” sözü “Aşağı Qapanlı” sözləri ilə əvəz edilib, “Təzəkənd” sözü “Ağkənd” sözü ilə əvəz edilib. “Qaradağlı” sözü “Yuxarı Qaradağlı”, “Sarıcalı” sözü isə “Yuxarı Sarıcalı” sözləri ilə əvəz edilib.
“Ucar rayonu” bölməsi üzrə “Çiyni” sözü hər iki halda “Yuxarı Çiyni” sözləri ilə əvəz edilib.
“Zaqatala rayonu” bölməsi üzrə “Dombabinə” sözü hər iki halda “Üçüncü Tala” sözləri ilə, “Əli Bayramlı” sözləri isə hər iki halda “Dağlı” sözü ilə əvəzlənib.