XİN: “Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik”

XİN: “Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik”

“Ümid edirik ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər regiona sülh və tərəqqi gətirəcək”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.

 

O bildirib ki, 44 günlük müharibədən sonra, son 3 il ərzində Ermənistan hərbi-siyasi təxribatlara, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair bəzi çaşdırıcı, qeyri-ardıcıl bəyanatlara meyilli olub: “Ümid edirik ki, bundan sonra Azərbaycan və Ermənistanın daha yaxşı gələcəyi üçün zəmin yaranacaq və iki ölkə arasında sülh prosesində irəliləyiş təmin olunacaq. Son iki gündə Ermənistan tərəfdən hərbi eskalasiyanın olmaması müsbət əlamətdir. Biz ümid edirik ki, Ermənistan da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlar səsləndirməkdən, addım atmaqdan çəkinəcək, Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanıyacaq”.


OXŞAR XƏBƏRLƏR

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. &...

“Baydenin yenidən prezident seçilməsi fəlakət olar” - Senator Lindsi Qrem

“Baydenin yenidən prezident seçilməsi bütün dünya üçün fəlakət olar”.   Sfera.az bildirir ki, bunu amerikalı senator Lindsi Qrem deyib. O...

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bə...

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...