İlham Əliyev və Putin arasında telefon danışığı oldu - YENİLƏNDİ

İlham Əliyev və Putin arasında telefon danışığı oldu - YENİLƏNDİ

Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.

 

Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.

 

Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.

 

2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.

 

***

14:08

 

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı baş tutub.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.


OXŞAR XƏBƏRLƏR

Yeni vakansiya - Pinqvinlər üçün dayələr

Antarktidanın Port Lockroy adasında yerləşən ən uzaq poçt şöbəsində işləmək üçün işçilər axtarılır.   Sfera.az bildirir ki, yeni işçilər pinqvinlərə qu...

Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

ABŞ-ın Florida ştatından olan keçmiş stüardessa Meredith Shay evini sataraq üç illik səyahət üçün (“Life at Sea Cruises”) bilet alıb. Yeddinci mərtə...

Reenkarnasiyaya heç vaxt inanmayanların belə beyninə şübhə salacaq hadisə

Reenkarnasiyaya nə dərəcədə inanırsınız?   Sfera.az sizə bu yazıda reenkarnasiya haqqında əks düşüncəli insanları belə şübhələndirə biləcək çox maraqlı...

115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

Braziliyalı Helena Pereira dos Santos bu yaxınlarda 115 yaşını qeyd edib.   Sfera.az bildirir ki, qadın uzunömürlüyünün sirrinin lobyadan ibarət pəhriz...

"Toylar kralı"na görə 14 min manat itirdim - Kafedə ifası ilə məşhur olan Babək

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan şəxsin videosu milyonlarla izləyicinin marağına səbəb olub. Hamı kafedə masa arxasında yemək yeyə-yeyə oxuyan ...

Britni Spirs nadir xəstəlikdən əziyyət çəkir?

Müğənni Britni Spirs aqressiv rəqsləri ilə pərəstişkarlarını qorxutmağa davam edir. Pərəstişkarları onun aqressiv rəqslərinin psixiatrik xəstəlik əlaməti o...