Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi

Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ ərazisində antiterror tədbirləri beynəlxalq və yerli qanunlara uyğun şəkildə və yüksək peşəkarlıqla həyata keçirildi. Cəmi 24 saat ərzində cinayətkar terror qruplaşmasının arsenalında olan müxtəlif yönümlü hərbi texnika, silah-sursat anbarları, maşın və avadanlıqlar, mühəndis-istehkam qurğuları sərrast atəşlərlə məhv edildi.

 

Tədbirlərə başlamazdan əvvəl ərazidə yaşayan erməni əsilli mülki əhalinin öz dillərində həm elektron üsullarla, həm də səsgücləndiricilər vasitəsilə məlumatlandırılması, onların zərər çəkməməsi üçün təhlükəsizlik sığınacaqlarının yaradılması, həmin sığınacaqlarda mülki əhalinin zəruri qida məhsulları və tibbi yardımla təmin olunması üçün önləyici addımların atılması Azərbaycan tərəfindən savaş qanunlarına ciddi əməl olunduğunu göstərir. Görülən tədbirlərin nəticəsi olaraq silahlı terror qruplaşmasına qarşı keçirilən antiterror tədbirlərində mülki əhaliyə heç bir zərər dəymədi.

 

Bəzi erməni siyasətçilərin və millətçi blogerlərin yaydığı saxta məlumatlara rəğmən Azərbaycan Ordusunun müstəsna olaraq hərbi hədəfləri nişan alması tədbirlər zamanı lentə alınan video-görüntülərlə də təsdiq olunur. Qarabağ ərazisində özünə yuva salmış qeyri-qanuni hərbi birləşmələrin ağ bayraq qaldırmaqla təslim olması Cənubi Qafqazda son 30 il ərzində qanuni hakimiyyət tərəfindən nəzarət olunmayan “boz zona”nın birdəfəlik ləğv olunması ilə nəticələndi.

 

Bu tarixi bir hadisədir. Bu hadisənin baş verməsi ilə bütövlükdə Cənubi Qafqaz bölgəsinə yönəlmiş beynəlxalq miqyaslı təzyiqlər, bəzi güc mərkəzləri tərəfindən bölgəyə qeyri-qanuni müdaxilə cəhdləri də minimuma endirildi. Azərbaycan dövlətinin apardığı praqmatik, ardıcıl və qətiyyətli siyasət bölgəmizdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruri şəraitin yaranmasına gətirib çıxardı. Bu isə bütövlükdə Avropada sülhün və təhlükəsizliyin bərqərar olunmasına Azərbaycanın verdiyi əvəzsiz bir töhfədir. Dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu böyük töhfəni layiqincə qiymətləndirəcəyinə ümid edirik.

 

Cavanşir Feyziyev,

Millət vəkili


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...

Aparıcı kastinqi ELAN EDİLDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi aparıcı kastinqini elan edib.   Sfera.az xəbər verir ki, kastinqin keçirilməsində məqsəd yeni və i...

“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsa...

8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - VİDEO

Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki...