Sahibə Qafarova beynəlxalq konfransın iştirakçılarını antiterror tədbirləri barədə məlumatlandırdı

Sahibə Qafarova beynəlxalq konfransın iştirakçılarını antiterror tədbirləri barədə məlumatlandırdı

"Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdı. Bu təxribatlara cavab olaraq, ölkəmiz regionda lokal anti-terror tədbirlərinə başladı".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu tədbirlərin məqsədi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olmuşdur.

 

Milli Məclisin sədri bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal anti-terror əməliyyatlarının dayandırılması barədə razılıq əldə olunub.

 

Spiker Sahibə Qafarova erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayan dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.

 

Sahibə Qafarova Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyini xatırladıb. O, deyib ki, razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarım ərzində sərgilədiyi dəyişməyən davranış şəklidir.

 

Qeyd olunub ki, Azərbaycan dəfələrlə Ermənistanın 10 mindən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülhə və sabitliyə nail olmaq üçün əsas vacib şərt olduğunu bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...