Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edəcək

Siyasət
10:51 / 21.09.2023
6859
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşdə Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edəcək.
Sfera.az xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Ramin Məmmədov özü məlumat verib.
Qeyd edək ki, deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmişdi.