DİN dezinformasiya yayanlara XƏBƏRDARLIQ ETDİ

DİN dezinformasiya yayanlara XƏBƏRDARLIQ ETDİ

“Qarabağdakı antiterror tədbirləri ilə bağlı Azərbaycan cəmiyyətinin üzərinə düşən əsas məsuliyyət ondan ibarətdir ki, hamı dezinformasiya xarakterli məlumatlar yaymaqdan qəti şəkildə çəkinməlidir. Vətəndaşlarımıza tövsiyə və çağırış edirik ki, bu hallara qarşı Azərbaycan cəmiyyətinin hər bir üzvü diqqətli və məsuliyyətli olmalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 19-da keçirilən brifinqdə deyib.

 

“Bilirsiniz ki, Azərbaycanda internet platforması bəzi sosial şəbəkə seqmentləri, xüsusilə “tik-tok” platforması məhdudlaşdırılıb. Bu da ondan irəli gəlir ki, təhdidlər vardı, dezinformasiyalar yayılırdı. Qarşı tərəf tək Azərbaycana silahlı formada müqavimət göstərmir, həm də informasiya cəbhəsində Azərbaycanla müharibə əhval-ruhiyyəsinə köklənmiş vəziyyətdə sosial şəbəkə seqmentlərini idarə edirlər. Tövsiyə və xahişimiz odur ki, hər bir azərbaycanlı diqqətli və məsuliyyətli olmalıdır. Yalnız dövlət qurumlarının verdiyi məlumatlara inanmalı, aidiyyəti dövlət qurumlarının məlumatları əsasında paylaşımlar edilməlidir”, - o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

“Bayraktar”ın "TB3" modeli hazırlanır – Yeni PUA digərindən nə ilə fərqlənəcək?

“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar “Bayraktar TB”nin yeni modelinin hazırlandığı haqqında açıqlama verib.&...

Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslə...

Bir həftə əvvəl şəhid olan Səbuhinin əkiz qızları dünyaya gəldi - FOTO

Antiterror əməliyyatı zamanı şəhid olan Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.   Sfera.az xəbər verir ki, bununla onun özündən sonra 4 övladı ya...

Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Uzanıqlı vəziyyətdə oxumaq və işləmək vərdişi görmə qabiliyyətinə mənfi təsir edir.   Sfera.az xəbər verir ki, bu barədə oftalmoloq, mikrocərrah, tib...

Prezidentlə xanımı Bakıda inşası davam etdirilən Zəfər parkında - FOTOLAR

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. &n...

“Sevastopola hücumda bu dövlətlərin əli var, zərrə qədər də şübhə etmirik” – Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sentyabrın 22-də Sevastopola edilən hücuma görə Qərbi ittiham edib.   Sfera.az bildirir ki, ...