Taleyi müəyyən olunmuş daha 10 itkin şəhidin adları - SİYAHI

Taleyi müəyyən olunmuş daha 10 itkin şəhidin adları - SİYAHI

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb.

 

Sfera.az-ın xəbərinə görə, adları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı sadalayıb.

 

Onlardan 9 nəfəri hərbiçi, 1 nəfəri isə mülki şəxsdir.

 

Həmin şəxslər aşağıdakılardır:

 

Tahirov Seyfulla Veytulla oğlu

Atamoğlanov Əbülfət Sabir oğlu

Hacıyev Təhsil Fikram oğlu

Əsədov Vüqar Habil oğlu

Babaşov Əhməd Tahir oğlu

Xələfov Cahangir Məmi oğlu

Nağıyev Cahid Şəfa oğlu

Məmmədov Elmar İnqilab oğlu

Qasımov Veysəl Qasım oğlu

Riad Əhmədov Fikrət oğlu

 

İ.Axundovun sözlərinə görə, ümumilikdə 3500-ə yaxın itkinin ailə üzvlərindən 10800-dək bioloji nümunə toplanaraq adiyyatı üzrə təhvil verilib: "Götürülmüş bioloji nümunələrin hər birindən ötən illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalında yeni yaradılmış genetik lobaratoriyada genetik profilləri çıxarılaraq arxivləşdirilib. Müəyyən səbəblərdən layihədən kənar qalan ailələr üzrə bioloji nümunələrin götürülməsi işi qanunvericiliklə müəyyən edilmiş silahlı münaqişə ilə əlaqədae itkin düşmüş şəxslərin meyit qalıqlarının molekulyar genetik analizlərini həyata keçirən müvafiq qurum tərəfindən davam etdirirlir. Mütəxəssislərimiz tərəfindən 25 nəfərin eyniləşdirilməsi mümkün olub. Onlardan 15 nəfəri barədə artıq məlumat verilib. Daha 10 nəfəri barəd isə bu gün məlumatları açıqladıq".


OXŞAR XƏBƏRLƏR

"ABŞ də bizdən silah alır” - Mədət Quliyev

Hazırda bir neçə yeni silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır.   Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mü...

“Bayraktar”ın "TB3" modeli hazırlanır – Yeni PUA digərindən nə ilə fərqlənəcək?

“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar “Bayraktar TB”nin yeni modelinin hazırlandığı haqqında açıqlama verib.&...

Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslə...

Bir həftə əvvəl şəhid olan Səbuhinin əkiz qızları dünyaya gəldi - FOTO

Antiterror əməliyyatı zamanı şəhid olan Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.   Sfera.az xəbər verir ki, bununla onun özündən sonra 4 övladı ya...

Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Uzanıqlı vəziyyətdə oxumaq və işləmək vərdişi görmə qabiliyyətinə mənfi təsir edir.   Sfera.az xəbər verir ki, bu barədə oftalmoloq, mikrocərrah, tib...

Prezidentlə xanımı Bakıda inşası davam etdirilən Zəfər parkında - FOTOLAR

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. &n...