İran Azərbaycana qarşı niyə yumşalıb? - Açıqlama

İran Azərbaycana qarşı niyə yumşalıb? - Açıqlama

“İran Cənubi Qafqazdakı gərginliyi diplomatik yolla həll etmək istəyir”.

 

Bunu ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildiriblər. Amerikalı analitiklər son həftələrdə İran təmsilçilərinin Azərbaycan, Türkiyə və Ermənistan rəsmiləri ilə telefon danışıqlarına və görüşlərinə diqqət çəkərək bu qənaətə gəldiklərini açıqlayıblar.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruz deyib ki, rəsmi Tehran gərginlikdən mümkün qədər çəkinməyə çalışır:

 

“Tehranın bu qərarında Türkiyənin də mühüm rolu var. İran əmindir ki, “suları bulandırmağa” cəhd etsə, Türkiyə prosesə müdaxilə edəcək. Həmçinin, ABŞ-la Ermənistan arasındakı birgə hərbi təlim İranın xoşuna gəlməyib. Rəsmi Tehran bu barədə mövqeyini açıq ifadə edib. İrəvanın Tehranın maraqlarına zidd addımlar atması, şübhəsiz, İranın regionla bağlı daha adekvat mövqe ortaya qoymasına səbəb olur”.

 

Ekspert bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu bilir: “Hətta məsələ bu il həllini tapa bilər. Ona görə də rəsmi Tehran destruktriv mövqeyin mənasız olduğunu başa düşür. Tehran, yəqin, bundan sonra da mövcud gərginliyin aradan qalxmasına çalışacaq. İranın bu istiqamətdə müəyyən addımlar atması gözləniləndir. Amma cənub qonşumuz gələcəkdə yenə də ritorikasını dəyişə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

2024-cü ildə daha hansı ölkələrdə prezident seçkiləri keçiriləcək? - SİYAHI

Prezident İlham Əliyev 2024-cü ilin fevralında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı Sərəncam imzalayıb. Qərara əsasən, Mərkə...

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.   ...

Azərbaycanda gələn il iki seçki keçiriləcək

Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. ...

Günəşdə yaranan qara dəlik planetimizə radiasiya yayır

Alimlər Günəşin səthində açılmış qara dəliyin yerə radiasiya cərəyanlarının geomaqnit qasırğaları yaydığını aşkarlayıblar.   Sfera.az-ın məlumatına g...

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...

Seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq - RƏSMİ

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmol...