“TURAZ Şahini təlimləri”nə dair Memorandum təsdiqləndi
Siyasət
18:12 / 24.12.2015
2855
Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı Fərmanına əsasən Azərbaycanın Müdafiə Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin təmin edilməsi, Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.