\"Bakı və İrəvanın sülhün tez əldə olunmasına sadiqliyi o demək deyil ki...\" - Rusiya rəsmisi

\

"Azərbaycan və Ermənistan arasında danışıqlar çərçivəsində bir sıra çətin mövzular üzrə həll yolları tapılmalı olacaq".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev deyib.

 

"Azərbaycanla sülh müqaviləsinin hazırlanması, əvvəllər XİN-də deyildiyi kimi, Rusiya və Azərbaycan Prezidentləri, Ermənistanın Baş naziri arasında imzalanmış üçtərəfli sazişin elementlərindən biridir. Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana yardım göstərir. Üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm görüşür və bu yaxınlarda belə bir görüş olub", - Zaitsev bildirib.

 

Onun sözlərinə görə, Bakı və İrəvandan sülhün mümkün qədər tez əldə olunmasına sadiq olduqları barədə siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. 

 

Xatırladaq ki, iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar aparılıb. Görüşdən sonra Lavrov bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitini keçirməyi planlaşdırdığını açıqlayıb.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə zəlzələ oldu

Türkiyənin Kütahya şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunmas...

“Titanik” kapitanının ölümündən qısa müddət əvvəl etdikləri

Titanik gəmisinin batmasından 113 il ötür və gəminin aysberqə çarpdıqdan sonra batmağa başladığı zaman gəminin kapitanı Edvard Con Smitin intihar etdiyi barədə ...

Buraxılışda250 və daha çox bal toplayanlarınNƏZƏRİNƏ!

Yalnız Milli Müdafiə Universiteti tərəfindən təqdim olunan beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına uni...

Bakı-Qazax yolunda maşın aşdı: yüklər yola səpələndi

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisində...

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.   Sfera.az&nbs...

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xət...