“Ermənistan Laçın dəhlizi vasitəsilə Azərbaycanın təbii sərvətlərini daşıyırdı” - Deputat

“Ermənistan Laçın dəhlizi vasitəsilə Azərbaycanın təbii sərvətlərini daşıyırdı” - Deputat

“Ermənistan rəhbərliyi Avropa ictimaiyyətində Azərbaycana qarşı mənfi fikir formalaşdırmağa çalışır. Ermənistanın Baş Naziri Paşinyanın söylədiyi fikirlər və təxribat xarakterli hərəkətlər sülh sazişinin imzalanmasına böyük maneələr törədir”. 

 

Bunu Sfera.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib. Deputat Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmamasının səbəblərindən danışıb:

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 22-də Azərbaycan dövlətinin bölgədə sülhün təmin edilməsində həyata keçirdiyi siyasət, sülh prosesinə töhfə verə biləcək istənilən platformada danışıqlara müsbət yanaşması barədə “Euronews” kanalına  verdiyi müsahibə erməni yalanlarını ifşa etdi. Müharibədən sonra sülhün bərqərar olması üçün Prezident İlham Əliyevin irəli sürdüyü ölkələrin bir-birinin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin tanınmasını ifadə edən beş əsas prinsip beynəlxalq hüquqa əsaslanır. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxladı, bir milyon azərbaycanlı öz torpaqlarından məcburi şəkildə qovuldu, insanlarımız qətlə yetirildi. Azərbaycan güc və siyasi yolla torpaqlarımızı işğaldan azad etməklə ədaləti bərpa etdi. Bölgədə sülhün yaranması üçün Ermənistanla sülh müqaviləsi imzalanması təklifi dövlət olaraq tərəfimizdən irəli sürüldü. Bu, ədalətli mövqenin, bölgədə əmin-amanlığın bərqərar olunmasına çalışmasının nümunəsi idi. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına Avropa İttifaqının vasitəçilik səylərini yüksək qiymətləndirir. Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər bir sıra məsələlərin həll olunmasına töhfə veir. Bəzi qüvvələr ATƏT in Minsk qrupunun vasitəçilik missiyasını yenidən bərpa etmək barədə fikirlər səsləndirir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əvvəldən fəaliyyət göstərməyən Minsk qrupunun fəaliyyətinin bərpası mümkün deyil və bu təşkilat ölmüş bir qurumdur”.

 

Deputat Qarabağda yaşayan ermənilərin Azərbaycanın idarəçiliyi altında yaşamaq istədiklərini qeyd edib. Millət vəkili Qırmızı Xaç Komitəsini isə qanunsuz fəaliyyətinə görə tənqid edib:

 

“Ermənistan Laçın dəhlizi vasitəsilə Azərbaycanın təbii sərvətlərini daşıyırdı. Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloji fəallar bu qeyri-qanuni fəaliyyətə etiraz əlaməti olaraq yola müəyyən qədər nəzarət etməyə başladı. Sonrakı dövrdə Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsini təsis etməsi beynəlxalq hüquqa əsaslanır. Hər bir suveren, müstəqil dövlətin digər ölkə ilə sərhəddə nəzarət buraxılış məntəqəsi yaratmaq hüquqi var. Ermənistan rəhbərliyi Qarabağda yaşayan ermənilərin guya blokadada qalması barədə yaydıqları informasiyaların heç bir əsası yoxdur və onların qaldırdığı iddia Ədalət Məhkəməsi tərəfindən də qəbul edilməmişdir. Nəzarət buraxılış məntəqəsi təsis edildikdən sonra 2000-dən çox sakin Qarabağdan Ermənistana və əks istiqamətdə gedib gəlib. Ölkə başçımız müsahibəsində Qırmızı Xaç Komitəsinin Qarabağda qanunsuz əməllərə yol verməsi barədə də məlumat verdi. Bu təşkilatın avtomobillərində Qarabağa qaçaqmalçılıq yolu ilə malların keçirilməsi aşkarlanmış və onlar özləri də bu faktları etiraf etmişdilər. Ümumiyyətlə, Qarabağdakı Qırmızı Xaç Komitəsinin nümayəndəliyinin Bakı ofisinə deyil, İrəvandakı ofisinə tabe olması qeyri-qanunidir. Azərbaycan Qarabağda yaşayan ermənilərə seçim hüququ verəcək. Hazırda Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilər gələcəkdə burada yaşamaq istəsələr onların hüquqları Azərbaycanda yaşayan digər milli azlıqların hüquqları ilə eyni qaydada, Azərbaycan Konstitusiyasına uyğun qorunacaq və heç bir ayrı-seçkiliyə yol verilməyəcək.

 

Qarabağda yaşayan sadə ermənilər Azərbaycanda yaşamaq arzusunda olduqlarını gizlətmirlər. Erməni əsilli Azərbaycan vətəndaşları Laçın yolunun tikintisilə məşğul olan işçilərə yaxınlaşıb münasibət qururlar. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, o cümlədən təhsil, mədəniyyət hüquqlarını qorunmasını təmin edəcək və onlar ölkəmizdə normal şəkildə yaşayacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...