Suriyadan 11 azərbaycanlı repatriasiya olundu

Suriyadan 11 azərbaycanlı repatriasiya olundu

Mayın 25-28-i tarixlərində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 9-u uşaq və 2-si qadın olmaqla 11 nəfər Azərbaycan Respublikası vətəndaşının repatriasiyası həyata keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, repatriantlar arasında 6 və 9 yaşlarında olan 2 bacı hər iki valideynini itirib.

 

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit olaraq keçidi təmin olunub.

 

Bununla bağlı, İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilmiş nümayəndələri repatriantların ilkin tibbi və psixoloji müayinəsini həyata keçirib, onlara zəruri yardım göstəriblər. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”si və uçuş biletləri ilə təmin ediliblər.

 

2022-ci ilin 28 may tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib. Müvafiq prosedurlar həyata keçirildikdən sonra onlar ailələri və qəyyumlarına təhvil veriləcək.

 

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

 

Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti ilə yanaşı, Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

 

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...