Ərdoğanın Bakıya səfər tarixi bəlli oldu
18:00 / 25.05.2022
161
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix məlum olub.
Sfera.az xəbər verir ki, Türkiyə lideri şənbə günü (29 - May) Azərbaycanda səfərdə olacaq. O, Bakıda baş tutacaq “Teknofest-2022” festivalında müsabiqə qaliblərinin mükafatlandırılması mərasiminə qatılacaq.
Mərasimdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancar da iştirak edəcək.