Türkiyə NATO üzvlüyündən çıxarılır?: “Bu məsələ gündəmə gələ bilər”

Türkiyə NATO üzvlüyündən çıxarılır?: “Bu məsələ gündəmə gələ bilər”

Finlandiya və İsveçin  NATO-ya üzvlük məsələsi xeyli vaxtdır gündəmdədir. Alyansın baş katibi buna müsbət münasibətini ifadə edib və bildirib ki, bu, Avropanın təhlükəsizliyinə töhfə olar.


Maraqlıdır, sözügedən məsələ necə yekunlaşacaq?


Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Avropanın təhlükəsizliyinə təhdidin getdikcə artdığı bir vaxtda NATO- ya üzv olmaq həmin dövlətlər üçün taleyüklü məsələdir. Müsahibimiz xatırladıb ki,  terrorçuları dəstəklədiyinə görə isə Türkiyə buna etiraz edir:


“Beləliklə, Ankaranın istəyi Moskvaya da sərf edir.  Çünki Finlandiya və İsveçin NATO-ya üzvlüyü Rusiyanın strateji maraqlarına uyğun deyil.  Mövcud fikir ayrılıqlarına görə NATO və Türkiyə arasında münasibətlərin tədricən pisləşdiyi hiss olunur. Bu "incikliyin" gələcəkdə bir az da çoxalacağı istisna deyil. Təşkilatın üzvlərindən biri, o cümlədən Türkiyə İsveç və Finlandiyanın Alyansa üzvlüyünə rəsmi veto qoyacağı təqdirdə, həmin dövlətlərin üzvlüyü mümkün olmayacaq. Ankara hazırkı narazı mövqeyini rəsmiləşdirsə, artıq onun NATO-dan çıxarılması məsələsi gündəmə gələ bilər”.


K.Novruzov qeyd edib ki, Türkiyənin NATO-dan çıxarılması təşkilat üçün arzuolunan deyil:


“Çünki Ankara həm də Moskva ilə münasibətlərin nizamlanması üçün NATO-ya lazımdır. Bütün bunları nəzərə alsaq deməliyik ki, Finlandiya və İsveçin hələlik NATO-ya üzvlüyü real görünmür. Amma  gələcəkdə bu istiqamətdə müəyyən addımların atılması da gözləniləndir. Beləliklə, həm Alyans, həm də namizəd ölkələr öz inadkarlıqlarını nümayiş etdirməyə çalışa bilərlər”.


Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...