\"Paşinyan üçün geri sayım başlayır, Azərbaycan yeni mövqelər əldə edəcək\" - AÇIQLAMA

\

“Bu görüş ötən ay əldə olunan razılaşmaların Ermənistan tərəfindən əməl edilməməsinə və prosesdə Moskvanın pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlib”.


Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş görüşündən danışarkən bildirib. Politoloq xatırladıb ki, Kreml məhz Ermənistana təzyiqlər edərək əldə olunan razılaşmaları pozub və öz vasitəçiliyinin prioritet olaraq qalmasında israr edib:


“Brüsseldə yenidən razılaşma əldə olundu. Bu görüş də məhsuldar və davamlılığı qorumaq kontekstində irəliləyişə söykənəcək. Azərbaycan bu razılaşmalara əvvəlki kimi sadiqdir, amma Ermənistan tərəfinin buna gedəcəyi polemika olaraq qalır. İlk növbədə razılaşmaya uyğun olaraq, Azərbaycan tərəfinin bir neçə erməni məhbusu qarşı tərəfə təhvil verməsi mümkündür. Bundan sonra dövlət sərhədində ikitərəfli komissiyanın üzvləri görüşə bilər. Rusiyanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvada birgə görüş üçün dəvət etməsi realdır. Bununla çalışacaq ki, sərhəd komissiyasında Rusiya öz nümayəndəsi ilə iştirak etsin”.


Müsahibimiz qeyd edib ki, görüşdə hər hansı bir statusdan söhbət getməyib və Azərbaycan ermənilərə təhlükəsizlik vəd edir:


“Ermənistan üçün Moskvadan gözlənilən təzyiqlər var. Qəti şəkildə Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin bağlanmasına dözümlü yanaşmayacaq. Qarabağda Rusiya məhz silahlı erməni birləşmələrinin əli ilə provakasiya təşkil edə bilər. Bu baş verərsə,  Azərbaycan tərəfi yeni mövqelər əldə edəcək və ərazilərə nəzarəti bərpa edəcək.  Təbii ki, bu da sülh prosesinə zərbə vurmayacaq. Çünki Ermənistan hakimiyyəti məsələyə Qarabağsız baxır. Brüssel görüşü davamlı olacaq. Amma sülh müqaviləsinin bağlanması bu il ərzində mümkün deyil. Əgər, Azərbaycan və Ermənistan arasında yaxınlaşma olarsa, İrəvanda silahlı qruplar ortaya çıxa bilər. Paşinyan xalqın növbəti dəstəyi ilə bu problemi də həll edəcək. Əsas məsələ Qarabağdakı separatçı qruplardır -  onlar İrəvana tabe olmayacaq. Ümumiyyətlə, Paşinyan üçün geri sayım başlayır. Avropa İttifaqının vasitəçiliyini pozacaqsa, regionda izolyasiya olunacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...